Azərbaycanın Livan Respublikasındakı səfirliyinə hücum olub. Səfirliyin qarşısında aksiya keçirən 50-yə yaxın erməni əsilli şəxs inzibati binanın hasarına zərbələr endiriblər. Onlar özləri ilə gətirdikləri, içərisində boya olan və partlayıcı bərkidilmiş şüşələri səfirliyin inzibati binasına atıblar. Bu barədə Xarici İşlər Nazirliyindən bildirilib.