SON XƏBƏRLƏR

Ötən gün qəza zamanı həlak olan hərbçilərə şəhid statusu veriləcək

2023.09.14, 10:50
Ötən gün qəza zamanı həlak olan hərbçilərə şəhid statusu veriləcək

Ötən gün qəza zamanı həlak olan Azərbaycan Ordusunun hərbi qulluqçularına şəhid statusu veriləcək. Bu barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov deyib.

Gunaz.tv

O bildirib ki, qəza nəticəsində həyatlarını itirən Azərbaycan Ordusunun hər 3 hərbi qulluqçusuna hərbi hissə tərəfindən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə təqdim ediləcək bildiriş əsasında şəhidlik statusu veriləcək.

Qeyd edək ki, ötən gün çətin relyefli dağlıq ərazidə hərbi nəqliyyat vasitəsinin qəzaya uğraması nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Əliyev Taleh Saleh oğlu, Həsənov Elgün Elşad oğlu və Namazov Nihad Kamrəddin oğlu həlak olublar.

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar