SON XƏBƏRLƏR

Baş redaktor- Vətəndaşların bir qrupu ümumiyyətlə səsvermə barədə düşünmür

2024.06.24, 13:36
Baş redaktor- Vətəndaşların bir qrupu ümumiyyətlə səsvermə barədə düşünmür

İranda 14-cü dövr prezident seçkilərinin yaxınlaşması ilə eyni vaxtda, hakimiyyətin səsvermədə iştirakın aşağı olacağı barədə narahatlıqları da artır.

Gunaz.tv

Bu qəbildən olan narahatlıqlardan biri Tehran bələdiyyəsinə bağlı "Həmşəhri" qəzeti tərəfindən səsləndirilib.

Qəzetin baş redaktoru Möhsün Mehdian bir sıra vətəndaşların ümumiyyətlə seçkilərlə maraqlanmadığını yazıb.

"Bir neçə ildir ki, seçkilərdə iştirak etməməklə bağlı yeni və qəribə bir hərəkət növü ilə üzləşirik, bir sıra vətəndaşlar müsbət və ya mənfi mənada seçkilərlə maraqlanmır, sankı seçki qutularını görmürlər”,- baş redaktor deyib.

Qeyd edək ki, hakimiyyətə yaxın təşkilatlar iyunun 28-də keçirilməsi nəzərdə tutulan prezident seçkilərində seçici fəallığının 45% civarında olacağını proqnozlaşdırırlar.

Müstəqil təhlilçilər və rəy sorğusu mərkəzləri isə bunun həqiqətə uyğun olmadığını, səsvermədə iştirakın daha aşağı olacağını bildirirlər.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar