SON XƏBƏRLƏR

İran Səhiyyə Nazirliyi qocalma tendensiyası ilə bağlı xəbərdarlıq etdi

2026.11.12, 15:29
İran Səhiyyə Nazirliyi qocalma  tendensiyası ilə bağlı xəbərdarlıq etdi

Qocalıq yaşı 60-da başlayır və İranda qocalma nisbəti digər ölkələrlə müqayisədə dəfələrlə yüksəkdir, İran Yaponiyanın 80 ildə qət etdiyi yolu 20 ildə qət edəcək.

Gunaz.tv

Bu barədə İran Səhiyyə Nazirliyinin rəsmisi Rza Səidi xəbərdarlıq edib.

O əlavə edib ki, əhalinin qocalmasının bu sürəti yüksək hazırlıq tələb edir və növbəti 20 ildə hər üç nəfərdən biri yaşlı olacaq. Səidi, qocalma nisbətinə görə İranın dünyada ikinci yerdə olduğunu deyib.

İranın reytinqi ilə bağlı rəsmi rəqəmlər eyni deyil. Digər orqanlardan sitat gətirilən hesabatlarda İran qocalma nisbətinə görə dünyada ikinci yox, ilk beş ölkə arasında yer alır.

Hesablamanın əsası da eyni deyil. Səhiyyə Nazirliyi qocalma meyarını 60 yaş elan edib, Yaponiyanın təxminən 30 faizlik rəqəmi isə 65 və daha yuxarı yaşda olan əhaliyə əsasən hesablanır.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar