SON XƏBƏRLƏR

Uyğur türklərini dəmir çubuqlarla döydükdən sonra yaralarına duz basırlar. 196 uyğur Türkü edam edildi

2021.10.20, 07:36
Uyğur türklərini dəmir çubuqlarla döydükdən sonra yaralarına duz basırlar. 196 uyğur Türkü edam edildi

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin "ans_press"ə istinadən yaydığı məlumata görə, "Çində təkcə bir həbsxanada 196 uyğur türkü güllələnib" Müstəqil Şərqi Türküstanlılar Birliyinin rəhbəri Avşar: "Uyğur türklərini dəmir çubuqlarla döydükdən sonra yaralarına duz basırlar" Çinin Sincan uyğur muxtar bölgəsində 15 gün əvvəl başlayan qanlı hadisələr nəticəsində həbs edilən uyğur türklərinə Çin polisi və əsgərlərinin işgəncəsinin davam etdirildiyi bildirilir. Bölgədə yaşayan qohumları vasitəsilə Çindən, xəbərlər alan Kayseridəki şərqi türküstanlılar Çin polisi və əsgərlərinin həbs olunan uyğur türklərini dəmir çubuqlarla döydükdən sonra yaralarına duz basdığını, müxtəlif işgəncələrə məruz qoyduqlarını bildirirlər. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, işgəncələrə etiraz edən bir çinli gözətçinin həbsxanada intihar etdiyi də bildirilir. Müstəqil Şərqi Türküstanlılar Birliyinin rəhbəri Abduləcid Avşar hadisələr zamanı yüzlərlə uyğur türkünün öldürüldüyünü vurğulayıb. O, həbs edilənlərin insanlığa yaraşmayan işgəncələrə məruz qaldıqlarını bildirib. «Aldığımız məlumatlara görə, həbs edilən uyğur türklərinə inanılmaz işgəncələr verilir. Həbs edilən uyğurlara edilən işgəncələr insanın qanını dondurur. Onların qarşıdurmalara səbəb olduğu iddia edilərək həbsxanada güllələnirlər. Son məlumatlara görə, təkcə bir həbsxanada 196 uyğur türkü güllələnib. Bu işgəncə və vəhşiliyə dünya seyrçi qalmamalıdır!»,- deyə Avşar bildirib. O qeyd edib ki, 21-ci əsrdə insanlığa sığmayan terrorun dayandırılması vacibdir: «Çin soyqırım törədir. Bu, həm də dünya tarixində az rast gəlinən, insanlığa sığmayan hərəkətlərdir». Avşar Çinin uyğur türklərinə qarşı etdiyi işgəncə və zülmlərin bitməsi üçün beynəlxalq təşkilatları, hüquq-müdafiə təşkilatlarını hərəkətə keçməyə çağırıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar