Ağ Evdə jurnalistlər Trampdan hücumun arxasında olduğu bildirilən pilotla Tehran arasında hər hansı əlaqə barədə ona məlumat verilib-verilmədiyini soruşublar. Tramp isə “Hazırda bunun üzərində işləyirik” deyib.
“Eşitdiklərimə əsasən, cavabın ‘hə’ olduğunu deyərdim, amma hazırda bunun üzərində işləyirik”, – Tramp bildirib. O, İranın hadisədə əli ola biləcəyindən niyə şübhələndiyini açıqlamayıb.
Jurnalistlərdən biri hücumun arxasında İranın olduğu müəyyənləşərsə, ABŞ-ın Tehrana qarşı cavab tədbiri görüb-görməyəcəyini soruşub.
“Onlara zərbə endiriləcək, çox ağır zərbə. Narahat olmayın”, – Tramp cavab verib.
C