SON XƏBƏRLƏR

Britaniya səfirliyinin son əməkdaşını da azad edilib

2021.10.20, 07:36
Britaniya səfirliyinin son əməkdaşını da azad edilib

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Tehrandakı Britaniya səfirliyinin hüquqşünası bəyan edib ki, onu həbsdən azad ediblər. Hüseyn Rəssam Britaniya səfirliyinin həbs edilmiş 9 yerli əməkdaşından biridir. Britaniya səfirliyinin əməkdaşları İranda prezident seçkilərindən sonra törənmiş iğtişaşları qızışdırmaqda ittiham edilirlər. Hwseyn Rəssam Britaniyanın İrandakı səfirliyinin həbsdə qalan ən son və ən vəzifəli yerli işçisi idi. Britaniya səfirliyinin işçiləri prezident seçkisindən sonra aranı qarışdırmaqda ittiham olunurdular. Bu iddialar rəsmi London tərəfindən qəti şəkkiildə təkzib edilirdi. Müşahidəçilər inanırlar ki, bu həbslərin əsas məqsədi yerli vətəndaşları qorxudaraq xarici səfirliklərdə işləməkdən çəkindirmək və bununla da səfirliklərin işini çətinləşdirmək olub. Hüseyn Rəssamın zaminə buraxılması üçün 100 min dollar pul ödəndiyi bildirilir. Bu isə o deməkdir ki, o hələ də milli təhlükəsizliyə qəsd ittihamı ilə yenidən istintaqa cəlb edilə bilər. Lakin İran hakimiyyəti adətən belə işləri məhkəməyə çıxarmadan açıq saxlamaqla, ittiham olunanı asılı vəziyyətdə saxlayır. Britaniyanın xarici işlər naziri Deyvid Milibənd bildirib cənab Rəssamın həbsdən azad edilməsini alqışlayıb, lakin bunu da əlavə edib ki, səfirlik əməkdaşlarının həbsi tamamilə əsassız olub, beləki onlardan heç birinin iğtişaşlarla heç bir əlaqəsi olmayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar