SON XƏBƏRLƏR

HÜQUQ MÜDAFİƏÇİSİNİ (Şadi Sədr) SAXLAYIBLAR

2021.10.20, 07:36
HÜQUQ MÜDAFİƏÇİSİNİ (Şadi Sədr) SAXLAYIBLAR

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Tanınmış qadın hüquq müdafiəçisi Şadi Sədr iyulun 17-də Tehran cümə namazına gedərkən saxlanaraq bilinməz istiqamətə aparılıb. dəyənəklə silahlanmış mülki geyimli şəxslər Ş.Sədri Tehran Universitetinə yaxın küçələrin birində dayandıraraq kobudluqla polis maşınına oturdub özləri ilə aparıblar. Mülki geyimli şəxslərin kobudluğu nəticəsində Ş.Sədrin yaylığı başından düşüb, mantosu cırılıb. Yaxınlıqdakı şəxslər hüquq müdafiəçisini mülki geyimli şəxslərin əlindən qurtarmaq istəsələr də, buna müvəffəq olmayıblar. Ş.Sədr “Daşqalaqsız qanun”, “İctimai təhlükəsizlik layihəsinə yox”, “Qadınların stadionlara giriş hüququnu müdafiə” və qadın haqlarına yönəlik bəzi başqa kampaniyaların üzvüdür.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar