SON XƏBƏRLƏR

Haşimi Rəfsəncani : seçki yaxşı başlandı ancaq ölkəyə fəxr gətirmədi

2021.10.20, 07:36
Haşimi Rəfsəncani : seçki yaxşı başlandı ancaq ölkəyə fəxr gətirmədi

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, bu gün 17 iyul Tehran cümə namazı Ayətüllah Haşimi rəfsəncaninin imaməti ilə qılınıb. Rəfsəncani seçki krizindən sonra ilk dəfədir ki cümə namazında görünür. Haşimi Rəfsəncani namaz xütbəsində qeyd edib ki millətin etimadını yenidən bərpa etməli və zərər çəkənlərin könlünü almalıyıq. O islam Peyqəmbərinin hayatına toxunaraq vurqulayıb ki Hz.Məhəmməd insanlarla mehribanlıqla davranardı. Rəfsəncani hər kəsin marağla gözlədiyi seçki məsələsinədə toxunaraq seçkinin yaxşı başlandığını ancaq ölkəyə fəxr gətirmədiyini deyib. Rəfsəncani sözlərinin dəvamında islam cümhuriyətinin mahiyətinə toxunaraq bu iki terminin təsadüfi olmadığını deyib. Həm islam həmdə cühuriyət hər ikisidə olmalıdır. Bunların hər hansısı ziyan görərsə artıq islam cümhuriyəti olabilməz. Cənab Rəfsəncani bu durumdan çıxmaq üçün əsas təklif “xalqın hakimiyətə olan etimadı bərpa edib və qorumaq”dır deyə vurqulayıb. O ölkə KİVlərindən istəyib elə bir atmosfer yaratsınlar ki hər kəs öz sözünü məntiqlə, rahat və davasız deyə bilsin. Cənab Rəfsəncani ikinci xütbənin dəvamında qeyd edib ki son hadisələrdə həbs olunan məhbuslar azad olmalıdırlar. Biz onları zindanda saxlamaqla düşmənləri özümüzə güldürməməliyik.GÜNAZ.TV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar