SON XƏBƏRLƏR

Mehdi Kərrubi : dinc etiraza güllə ilə cavab verilərmi?

2021.10.20, 07:36
Mehdi Kərrubi : dinc etiraza güllə ilə cavab verilərmi?

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Bu il İranda keçirilən prezident seçkisində namizəd kimi iştirak etmiş Milli Etimad Partiyasının rəhbəri Mehdi Kərrubi seçkinin rəsmi nəticələrinə etiraz aksiyası zamanı qətlə yetirilmiş 19 yaşlı Söhrab Ərabinin evinə gedərək onun ailəsinə baş çəkib. Prezident seçkisində namizəd olmuş Mirhüseyn Musəvi də Kərrubidən bir gün əvvəl – iyulun 14-də Ərabinin ailəsinə baş çəkmişdi. S.Ərabinin güllələnmiş meyiti ailəsinə iyulun 12-də verilib. Həmin günədək bir ay ərzində ondan xəbər olmayıb. Ərabinin anası ilə görüşdə Kərrubi seçkidən sonrakı aksiyalarda yaralanan və həbs edilən vətəndaşların hüquqları uğrunda mübarizə aparacağını deyib: “İranda bir seçki olub. Xalq da dinc aksiyalar keçirərək seçkinin rəsmi nəticələrinə etiraz bildirib. Lakin xalqın dinc etirazına güllə ilə cavab veriblər. İndi mən soruşuram: xalqın dinc etirazına güllə ilə cavab verərlərmi?”. M.Kərrubi aksiyalarda yoxa çıxanların taleyinə də toxunub: “Mən ölkə rəsmilərinə bildirirəm ki, onlar son hadisələrdə yoxa çıxan və həbs edilən vətəndaşların, həmçinin xəsarət alanların ailələri qarşısında cavabdehlik daşıyırlar. Bu gün öz övladlarının taleyindən xəbərsiz qalan saysız-hesabsız ailə var”. Kərrubinin gəlişindən xəbər tutan məhəllə sakinlərinin küçədə toplaşaraq “Kərrubi, Kərrubi səni dəstəkləyirik” və “Ey qeyrətli Kərrubi, bu yazıq xalqın harayına çat” şüarlarını səsləndirdiyi bildirilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar