SON XƏBƏRLƏR

Haniyəni İsrail öldürüb - Katz

2024.12.24, 10:16
Haniyəni İsrail öldürüb - Katz

İsrail HƏMAS-ın Siyasi Bürosunun keçmiş rəhbəri İsmayıl Haniyənin Tehranda öldürülməsinə görə məsuliyyəti ilk dəfə öz üzərinə götürüb.

Gunaz.tv

Bu barədə İsrailin müdafiə naziri İsrael Katz ilk dəfə etiraf edib.

O, deyib ki, HAMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin bu ilin iyulunda Tehranda öldürülməsinin arxasında İsrail hakimiyyəti dayanır.

Katz bunu Yəməndə İranın dəstəklədiyi, İsrailə raket və pilotsuz təyyarələr vuran husilərə qarşı mübarizədən danışarkən qeyd edib.

Nazirin sözlərinə görə, Husilərin rəhbərliyini də eyni aqibət gözləyir.

Qeyd edək ki, iyulun 30-dan 31-ə keçən gecə Tehranda HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə uzaqdan idarə olunan raketlə öldürülüb.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar