SON XƏBƏRLƏR

Regional gərginlik və İranın ritorikasına görə İsrail ordusu yüksək hazırlıq vəziyyətinə gətirilib

2025.01.07, 13:36
Regional gərginlik və İranın ritorikasına görə İsrail ordusu yüksək hazırlıq vəziyyətinə gətirilib

Artan hərbi, iqtisadi və siyasi təzyiqlərlə üzləşən İran yaxın günlərdə İsrailə zərbə endirməyə çalışa bilər.

Gunaz.tv

Baş Qərargah rəisi general-leytenant Herzi Halevi İsrail ordusunu yüksək döyüş hazırlığı vəziyyətinə gətirərək İranın yaxın günlərdə İsrailə qarşı ifrat tədbirlər görə biləcəyi ilə bağlı xəbərdarlıq edib.

Walla News-un xəbərinə görə, bu artan ehtiyatlılıq İranda ölkənin iqtisadi, siyasi və hərbi sahələrində gərginliyin artması ilə əlaqədardır.

Adı çəkilməyən mənbələr bildiriblər ki, bu amillər və yeni seçilmiş prezident Donald Trampın Ağ Evə qayıtması ilə bağlı qeyri-müəyyən durum Tehranı aqressiv hərəkətlərə sövq edə bilər.

Milli Təhlükəsizlik Araşdırmaları İnstitutunun İran üzrə araşdırmaçısı olan Beni Sabti İran ötən ilin aprel və noyabr aylarında baş verən hücumlardan sonra İsrailə yenidən hücum edəcəyi barədə söz verdiyini də xatırladıb.

O, İran ordusunun hazırda hava, dəniz və quru qüvvələrinin iştirakı ilə böyük təlimlər keçirdiyini diqqətə çatdırıb.

"Onların bu təlimdən 1973-cü ildə Misir və Suriyanın etdiyi kimi İsrailə qarşı hücuma başlamaq üçün pərdə kimi istifadə edə biləcəkləri barədə narahatlıq var." - deyə Sabti bildirib.

 

- Cəfər Cəfərli

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar