Avropa Komissiyasının sədri Ursula fon der Leyen cümə axşamı İranın Ərəb körfəzi ölkələrinə hücumlarını dayandırması üçün Tehrana təzyiqlərin artırılmasına çağırıb. Bu çağırış İranın Küveytdə pilotsuz uçuş aparatı ilə həyata keçirdiyi hücum nəticəsində iki İtaliya vətəndaşının həlak olmasından sonra səsləndirilib.