SON XƏBƏRLƏR

Fransa vətəndaşlarına "girovlar" azad olunana qədər İrandan uzaq durmağı məsləhət görüb

2025.01.07, 14:08
Fransa vətəndaşlarına "girovlar" azad olunana qədər İrandan uzaq durmağı məsləhət görüb

Fransa öz vətəndaşlarını saxlanılan Fransa vətəndaşları azad edilənə qədər İrana səfər etməməyə çağırıb.

Gunaz.tv

“İranda girov saxlanılan soydaşlarımızın vəziyyəti tamamilə qəbuledilməzdir. Onlar bir neçə ildir ki, haqsız yerə, yararsız şəraitdə saxlanılırlar” deyən xarici işlər naziri Jan-Noel Barrot Fransa vətəndaşlarını “girovlarımız” azad edilənə qədər İrana getməməyə çağırıb.

Fransa rəsmilərinin məlumatına görə, hazırda İranda üç Fransa vətəndaşı saxlanılır.

Barrot İran hakimiyyətindən saxlanılanları azad etməyi tələb edib və əlavə edib ki, “ikitərəfli münasibətlər və sanksiyalar məsələsi təhlükə altındadır."

Qeyd edək ki, Sesil Kohler və onun ortağı Jak Paris 2022-ci ilin may ayından bəri, İranda ölümcül cinayət sayılan casusluq ittihamı ilə həbsdədirlər.

Mediya yalnız adı bildirilən Olivye adlı başqa bir Fransa vətəndaşı 2022-ci ilin oktyabrından bəri İranda həbsdədir. Fransa hakimiyyəti onun işinin təfərrüatlarını açıqlamayıb.

 

- Cəfər Cəfərli

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar