SON XƏBƏRLƏR

İran hərbçiləri Suriyada çox sayda silah-sursat qoyaraq qaçıblar

2025.01.07, 14:57
İran hərbçiləri Suriyada çox sayda silah-sursat qoyaraq qaçıblar

“The Wall Street Journal” (WSJ) öz mənbələrinə istinadən yazır ki, Şamda hakimiyyət silahlı Suriya müxalifətinə keçdikdən sonra İranyönlü silahlı qüvvələrin əsas hissəsi Suriyanı tərk edib.

Gunaz.tv

Avropa və ərəb rəsmilərinin bildirdiyinə görə, müxalifət Şamda hakimiyyəti ələ keçirərkən minlərlə iranpərəst döyüşçü hələ də Suriyada, əsasən ölkənin şərqində, bəziləri də Şamda qalmaqda idi. Onların əsas qüvvəsi, o cümlədən İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) zabitləri daha sonra İraqla sərhəddə yerləşən Əl Qaim şəhərinə hərəkət ediblər. Şamda olan bəzi iranlılar Tehrana uçmuş, Hizbullah döyüşçüləri isə Lübnana geri çəkilmişdi.

Qərb diplomatları qeyd ediblər ki, geri çəkilmə zamanı İran hərbçiləri və müttəfiqləri Suriyada xeyli miqdarda silah və hərbi texnika qoyublar. Bu silahlar ya İsrail tərəfindən dağıdılıb, ya da Heyət Təhrir əl-Şam və digər qrupların əlinə keçib.

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar