SON XƏBƏRLƏR

Amerika Misirdən Lübnana 95 milyon dollarlıq hərbi yardım ayırır

2025.01.07, 15:24
Amerika Misirdən Lübnana 95 milyon dollarlıq hərbi yardım ayırır

Yardımın həyata keçməsi üçün Konqresə yenidən planlaşdırma sorğusu lazımdır, lakin mənbələr bu təklifin asanlıqla qəbul ediləcəyinə inanırlar.

Gunaz.tv

Amerika rəsmiləri bildiriblər ki, Lübnan Silahlı Qüvvələrinə dəstək Amerikanın milli təhlükəsizlik maraqları baxımından, Lübnanın dövlət qurumlarını gücləndirmək və Hizbullaha qarşı mübarizə üçün çox vacibdir.

Bildirilir ki, Lübnan hökumətinə müxalif olan qruplar Lübnan Silahlı Qüvvələrinin İranın dəstəklədiyi Hizbullahın təsir gücünü azaltmaq üçün daha ciddi addımlar atmalı olduğunu hesab edirlər.

Lübnan hökuməti isə bildirib ki, Lübnan Silahlı Qüvvələrini ölkənin güneyinə yerləşdirmək və Lübnan əraziləri üzərində dövlət nəzarətini həyata keçirmək üçün qoşunları lazımi şəkildə təchiz etmək üçün 400 milyon dollar lazımdır.

Mənbələrə görə, bazar ertəsi elan edilən 95 milyon dollarlıq ilk yardım partiyası bu planın bir hissəsidir.

 

- Cəfər Cəfərli

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar