SON XƏBƏRLƏR

Ukrayna dronları Rusiyanın neft bazalarına hücum etdi

2025.01.08, 11:18
Ukrayna dronları Rusiyanın neft bazalarına hücum etdi

Gecə saatlarında Ukrayna tərəfindən kütləvi dron hücumu nəticəsində Rusiya Federasiyasının Saratov və Enqels şəhərlərində vəziyyət gərginləşib.

Gunaz.tv

GünazTV teleqram kanallarına istinadən xəbər verir ki, Saratov vilayətinin qubernatoru Roman Busarqinin verdiyi məlumata görə, hava hücumundan müdafiə qüvvələri pilotsuz uçan aparatları (PUA) vurub. Buna baxmayaraq, dron qalıqları Enqelsdə sənaye obyektinə düşüb.

Hadisə yerində hazırda yanğınsöndürmə briqadaları və fövqəladə xidmətlər fəaliyyət göstərir. Əsasən neft bazasında yaranan yanğının qarşısını almaq üçün intensiv işlər davam edir.

Hücumla bağlı rəsmi qurumlar əlavə məlumatların yaxın zamanda veriləcəyini bildirib.

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar