SON XƏBƏRLƏR

Suriyada Milli Dialoq Konfransı keçiriləcək

2025.01.08, 13:10
Suriyada Milli Dialoq Konfransı keçiriləcək

Suriyanın Xarici İşlər naziri Həsən Şeybani Suriyanın bütün təbəqələrinin iştirakı ilə Milli Dialoq Konfransının keçiriləcəyini açıqlayıb.

Gunaz.tv

Həsən Şeybani açıqlaması zamanı bildirib ki, "Milli Dialoq Konfransının cəmiyyətin bütün təbəqələrinin əhatə edəcək. Bu yolla genişləndirilmiş hazırlıq komitəsinin yaradılması mümkün olacaq".

Rəsmilər Reuters agentliyinə konfransın nə vaxt keçiriləcəyi ilə bağlı məlumatın olmadığını, Suriyadakı qrupların isə dəvət almadıqlarını bildiriblər. Mənbələr izah edirlər ki, konfrans üçün rəsmi dəvətlər hələ göndərilməyib, lakin müəyyən şəxslərlə rəsmi qurumlar tərəfindən qeyri-rəsmi formada əlaqə saxlanılıb.

Daha əvvəl Suriya mətbuatına əks olunan bəzi xəbərlərdə konfransın 4-5 yanvar tarixlərində keçiriləcəyi və Suriyadakı müxtəlif dini, etnik, coğrafi və siyasi təbəqələrindən təxminən 1200 nümayəndənin bir araya gələcəyi bildirilmişdi.

Əhməd əl Şara 29 dekabr 2024-cü il tarixli açıqlamasında milli dialoq konfransı ilə bağlı "Cəmiyyətin bütün təbəqələrinə bu konfransda iştirak etmək imkanı verəcəyik. Suriya məsələsini izah edəcəyik. Keçid dövründə qəbul ediləcək mühüm və həssas qərarların səsverməsini konfrans iştirakçılarının öhdəsinə buraxacaq”.

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar