SON XƏBƏRLƏR

Suriyanın güneyindəki döyüşçülər tərksilah olmaq istəmir

2025.01.08, 14:12
Suriyanın güneyindəki döyüşçülər tərksilah olmaq istəmir

Suriyanın güneyində prezident Bəşər Əsədin devrilməsinə kömək edən döyüşçülər ölkənin yeni hökumətinin əmrinə tabe olmaq və tərksilah olmaq istəmirlər.

Gunaz.tv

Dekabrın 25-də ölkənin yeni hakimiyyəti silahlı qruplarla onların ləğvi və müdafiə nazirliyinə inteqrasiyası barədə razılığa gəldiklərini bildirmişdi.

Yeni lider Əhməd əl-Şaraa bu barədə, "hakimiyyət ölkədə dövlətin nəzarətindən kənar silahlı qrupların olmasına qətiyyən icazə verməyəcək” demişdi.

Buna baxmayaraq, ölkənin güneyindəki Dəra əyalətindəki silahlı qruplardan ibarət koalisiya olan Güney Əməliyyatlar Otağının sözçüsü alyansın tərksilah olmaqla razılaşmadığını bildirib.

Qurumun sözçüsü Nasim Əbu Orra təmsil etdiyi ittifaqın silahlı qrupların ləğvi ideyasına inanmadığını deyib.

Qeyd edək ki, silahlı qrupların ləğv edilib Suriya silahlı qüvvələrinə qoşulması haqqında razılığın əldə edildiyi 25 dekabr tarixli görüşdə sözü gedən Dəra mərkəzli ittifaqın rəhbəri Əhməd əl-Avdeh iştirak etməmişdi.

 

- Cəfər Cəfərli

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar