SON XƏBƏRLƏR

Prezident İlham Əliyev Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsini qəbul edib

2025.01.08, 14:40
Prezident İlham Əliyev Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 8-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrononu qəbul edib.

Gunaz.tv

Görüş zamanı Prezident İlham Əliyev Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın zəngin tarixə malik olduğunu vurğulayıb.

Dövlət başçısı ölkəmizin Cənubi Qafqaz regionunda davamlı sülhün və sabitliyin təmin olunması üçün səylərini bundan sonra da davam etdirəcəyini bildirib və Azərbaycan ilə Ermənistan arasında danışıqlar prosesinin ikitərəfli müstəvidə aparıldığını deyib.

Maqdalena Qrono isə öz növbəsində, Azərbaycanın Avropa İttifaqının vacib tərəfdaşı olduğunu bildirib, Avropa İttifaqının Cənubi Qafqaz regionunda davamlı sabitliyin təmin olunmasında maraqlı olduğunu qeyd edib.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar