SON XƏBƏRLƏR

Yakuzanın lideri Myanmadan İrana qaçaqmalçılıq yolu ilə nüvə materialları daşıdığını bildirib

2025.01.09, 11:03
Yakuzanın lideri Myanmadan İrana qaçaqmalçılıq yolu ilə nüvə materialları daşıdığını bildirib

ABŞ Ədliyyə Departamenti Amerika səlahiyyətlilərinin İrana nüvə materiallarının qaçaqmalçılıq yolu ilə keçirilməsində ittiham etdiyi "Yakuza" kimi tanınan Yaponiya cinayət qrupunun liderinin günahını etiraf etdiyini açıqlayıb.

Gunaz.tv

Ədliyyə Departamentindən verilən açıqlamaya görə, 60 yaşlı Takeşi Abisava Nyu-Yorkdakı Manhetten məhkəməsində Myanmadan digər ölkələrə, o cümlədən İrana nüvə materiallarının qaçaqmalçılığında təqsirli bilinib.

Məlumatda bildirilib ki, Abisava beynəlxalq narkotik və silah ticarətində də günahını etiraf edib.

"Takeshi Abisava, bu gün federal məhkəmədə etiraf etdiyi kimi, nüvə materiallarını, o cümlədən plutoniumu Birmadan (Myanma) qaçaqmalçılıq yolu ilə keçirib", - Nyu-Yorkun Cənub Bölgəsi üzrə prokuroru vəzifəsini icra edən Edvard Kim deyib.
 

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar