SON XƏBƏRLƏR

Bayden Kaliforniyada fəlakət rejimi elan etdi - VİDEO

2025.01.09, 12:23
Bayden Kaliforniyada fəlakət rejimi elan etdi - VİDEO

ABŞ prezidenti Cozef Bayden tüğyan edən kütləvi yanğınlar səbəbindən Kaliforniya ştatında böyük fəlakət rejimi elan edib.

Gunaz.tv

GünazTV xəbər verir ki, bu barədə Ağ Evin saytında məlumat verilib.

Zərərçəkmişlər müvəqqəti mənzil və ev təmiri üçün qrantlar, sığortasız əmlaka dəyən zərərin ödənilməsi üçün kreditlər və digər proqramlar şəklində yardım ala biləcəklər.

Eyni zamanda Bayden Kaliforniyada azı 5 nəfərin ölümünə səbəb olan meşə yanğınları səbəbindən İtaliyaya səfərini ləğv etmək qərarına gəlib.

Eyni zamanda yanğın ABŞ kinosunun rəmzlərindən olan məşhur "Hollywood" yazısına çatıb.

Yanğın "Hollywood"a çatdı

 

Co Bayden hadisə ilə bağlı İtaliyaya səfərini ləğv edib və Kaliforniya ştatında fəlakət rejimi tətbiq edib. Bəzi hesablamalara görə, yanğınlar nəticəsində 50 milyard dollardan çox zərər dəyib. Modern.az-ın məlumatına görə, güclü külək Pasadena, Pasifik Paliseyds və Silmar məhəllələri ətrafında yanğınları gücləndirib və 80 mindən çox sakini təhlükəsiz əraziyə təxliyəyə məcbur edib.

Vilayət meri Karen Bass meşə yanğınlarının daha da intensivləşəcəyinə dair xəbərdarlıq edib. Yanğınlar indiyə kimi mindən çox tikilini məhv edib. Los-Anceles şəhərinin Yanğından Mühafizə Xidmətinin rəisi Entoni Maronun açıqlamasına görə yanğınlar 20 kvadratkilometrdən çox ərazini əhatə edib və hələlik alovu nəzarət altına almaq mümkün olmayıb.

 

Yanğın 80 min nəfəri evsiz qoydu

 

 

Ş.E

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar