SON XƏBƏRLƏR

Suriyada Türkiyəyönlü qüvvələrlə kürd qüvvələr arasında toqquşmalarda 37 nəfər ölüb.

2025.01.09, 13:03
Suriyada Türkiyəyönlü qüvvələrlə kürd qüvvələr arasında toqquşmalarda 37 nəfər ölüb.

Cümə axşamı Suriyanın quzeyindəki Mənbic bölgəsində Türkiyənin dəstəklədiyi qruplar və kürdlərin rəhbərlik etdiyi qüvvələr arasında baş tutan toqquşmalarda hava hücumları nəticəsində 37 nəfər həlak olub.

Gunaz.tv

Suriya İnsan Haqları Müşahidə Qrupunun məlumatına görə,  “Mənbic çölündə son saatlarda Suriya Demokratik Qüvvələri (kürdlərin rəhbərlik etdiyi) ilə Milli Ordu fraksiyaları (Türkiyənin dəstəklədiyi) arasında Türkiyənin havadan müdaxiləsi ilə şiddətli döyüşlər baş verib. Baş verən toqquşmalar nəticəsində 37 nəfərin həlak olduğu bildirilir.

Suriya İnsan Haqları Müşahidə Qrupundan deyilənə görə, ötən aydan bəri Mənbicdəki döyüşlərdə həlak olanların sayı 322 nəfərə çatıb.

Qeyd edək ki, baş verən döyüşlər nəticəsində Türkiyənin dəstəklədiyi qruplar Hələb əyalətinin şimalında kürdlərin nəzarətində olan Mənbic və Təl Rifat şəhərlərini ələ keçirməyə müvəffəq olub.

 

C.C

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar