SON XƏBƏRLƏR

İranın vəsaiti Hizbullaha çatarsa, İsrail Beyrut hava limanını vurmağı planlaşdırır

2025.01.09, 13:51
İranın vəsaiti Hizbullaha çatarsa, İsrail Beyrut hava limanını vurmağı planlaşdırır

İranın Tehrandan Air Mahan reysi ilə Hizbullaha pul köçürməyi planlaşdırdığı bildirilir.

Gunaz.tv

Səudiyyə Ərəbistanının dövlət xəbər orqanı olan Əl-Ərəbiyyə iddia edir ki, İranın Mahan Air reysi ilə daşınan vəsaitlərin Livanda yerləşən, İranın dəstəklədiyi Hizbullah terror qruplaşmasına çatdırılması halında İsrail Rəfiq Həriri Beynəlxalq Hava Limanını bombalamağı planlaşdırıb.

Qeyd edək ki, keçən həftə Livanın “Ən-Nahar” qəzeti Tehrandan gələn İranın “Mahan Air” reysinin göyərtəsində olan İran nümayəndə heyətinin Beyrut hava limanına eniş etdiyini və Livan təhlükəsizlik rəsmilərinin təyyarədə axtarış aparmasına mane olmağa çalışdığını yazıb.

Bundan öncə isə Səudiyyə Ərəbistanının Əl Hadath xəbər agentliyi Qərb mənbələrinə istinadən İranın "Mahan Air" hava yolları şirkəti ilə Hizbullaha milyonlarla dollar köçürməyi planlaşdırdığını yazmışdı.

 

C.C

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar