SON XƏBƏRLƏR

Rusiya Ukraynadakı müharibədə üstünlüyə sahib deyil

2025.01.09, 15:19
Rusiya Ukraynadakı müharibədə üstünlüyə sahib deyil

ABŞ Müdafiə Nazirliyinin rəhbəri Lloyd Ostin bildirib ki, Rusiya Ukraynadakı müharibədə tam olaraq üstünlük əldə etməyib.

Gunaz.tv

GünazTV Musavat.com-a istinadən xəbər verir ki, Ostin bildirib ki, Rusiya bəzi üstünlüklərə malik olsa da, müharibədə tam dominasiya etmir.

"Rusiya burada bəzi üstünlüklərə malikdir və öz məqsədinə çatmaq üçün imkanları var. Lakin tam dominasiya etmədiyi açıqdır. Əgər məqsədinə çatsa belə, gələcəkdə bunun qarşılığını ödəməli olacaq," — Ostin qeyd edib.

Pentaqonun başçısı əlavə edib ki, Rusiya hərbi qüvvələrinin bəzi çətinlikləri mövcuddur və bu səbəbdən Rusiya, Şimali Koreya və İran kimi ölkələrdən yardım istəyib. Eyni zamanda, Ostin Ukraynanın öz hərbi potensialını gücləndirməyə davam etdiyini vurğulayıb.

O həmçinin Ukraynanın geniş ərazilərini işğal etmənin, atəşkəsdən sonra belə böyük resurslar tələb edəcəyini qeyd edib.

 

 

Ş.E

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar