SON XƏBƏRLƏR

ABŞ Ukraynaya 500 milyon dollarlıq yeni hərbi yardım paketini elan edib

2025.01.09, 16:52
ABŞ Ukraynaya 500 milyon dollarlıq yeni hərbi yardım paketini elan edib

Amerika Birəşmiş Ştatları (ABŞ) Prezident Cozef Bayden administrasiyası dövründə Ukraynaya yeni və son yardım paketini elan edib.

Gunaz.tv

GünazTV UNIAN-a istinadən xəbər verir ki, bunu Pentaqon rəhbəri Lloyd Ostin bildirib.

L.Ostin Almaniyada bəyan edib ki, yardımın məbləği 500 milyon dollar təşkil edəcək. Yardım paketinə Ukraynanın hava hücumundan müdafiə vasitələri üçün əlavə raketlər, "hava-hava" sinifli raketlər, həmçinin F-16 qırıcıları üçün avadanlıq və artilleriya mərmiləri daxildir.

"Mən burada, Ramştaynda Ukraynaya azad və təhlükəsiz şəraitdə yaşamaqda, həmçinin daha ədalətli və layiqli dünya qurmaqda kömək etmək üçün əlimdən gələni etməkdə qərarlıyam. Bizim birgə işimiz davam etməlidir", - o qeyd edib.

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar