SON XƏBƏRLƏR

Zelenski Ostinlə döyüş meydanındakı vəziyyəti müzakirə edib

2025.01.10, 11:19
Zelenski Ostinlə döyüş meydanındakı vəziyyəti müzakirə edib

Ukrayna Prezidenti Volodimir Zelenski Almaniyanın Ramşteyn aviabazasında əlaqələndirici qrupun 25-ci iclası çərçivəsində Amerikanın müdafiə naziri (Pentaqon rəhbəri) Lloyld Ostin ilə görüşüb.

Gunaz.tv

GünazTV xəbər verir ki, Zelenski bu barədə "X"də yazıb.

"Lloyd Ostin ilə görüşərək Ukraynaya dəstək məsələsini müzakirə etdim", - Zelenski bildirib.

Ukrayna lideri bildirib ki, tərəflər döyüş meydanındakı vəziyyəti, həmçinin ölkəsinin pilotsuz uçuş aparatlarına olan ehtiyacını müzakirə ediblər:

"Biz həmçinin Ukraynanın havadan müdafiəsinin gücləndirilməsi və digər ölkələrdən əlavə hava hücumundan müdafiə sistemlərinin alınması perspektivləri barədə fikir mübadiləsi apardıq".

 

 

Ş.E

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar