SON XƏBƏRLƏR

Müttəfiqlər Ukraynaya 30 min PUA verəcək

2025.01.10, 14:03
Müttəfiqlər Ukraynaya 30 min PUA verəcək

GünazTV “AzPolitika”-ya istinadən xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Rustem Umerov “Facebook” səhifəsində məlumat verib.

Gunaz.tv

O, qeyd edib ki, “Ramşteyn” görüşü formatında baş tutan danşıqlara görə, PUA-lar Danimarka, Hollandiya, Latviya və İsveç tərəfindən göndəriləcək.

O bildirib ki, görüşün nəticələrinə ABŞ-dən yeni 500 milyon dollarlıq yardım paketi də daxil edilib ki, bu paketə hava hücumundan müdafiə raketləri, hava raketləri və F-16 təyyarələri üçün avadanlıq daxildir. Bildirilib ki, Kanada 440 milyon Kanada dolları, o cümlədən 100 milyonu Danimarka modeli üzrə Ukrayna silahlarının alınması üçün yardım edəcək. Almaniyanın isə Ukraynaya 2025-ci ildə 6 “IRIS-T” hava hücumundan müdafiə sistemi tədarük edəcəyini bildirib.

“Biz əməkdaşlığın yeni səviyyəsinə keçdik. müharibənin təcili ehtiyaclarını ödəməkdən əlavə, ordumuza uzunmüddətli imkanlarının yaradılması üzərində də çalışacağıq. Mən ABŞ-yə və müdafiə naziri Lloyd Ostinə Ukraynaya ən çətin anında kömək etmək üçün 50-dən çox ölkəni bir araya gətirən liderliyə və səylərə görə minnətdaram. Üç ilə yaxındır tammiqyaslı müharibə zamanı Ramştein üzvləri Ukraynaya 145 milyard dollardan çox təhlükəsizlik yardımı elan ediblər ki, bu, azad dünyanın birliyinin əsl göstəricisidir”, - deyə Umerov qeyd edib.

 

 

Ş.E

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar