SON XƏBƏRLƏR

Amerika Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib

2025.01.10, 20:30
Amerika Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib

Amerika Rusiya şirkətlərinə və enerji sektoru ilə əlaqəli şəxslərə qarşı yeni sanksiyalar tətbiq edib.

Gunaz.tv

Bu barədə Amerika Maliyyə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, əsasən "Qazprom Neft", "Surgutneftegaz", "Zarubejneft" və onların törəmə şirkətləri məhdudiyyətlərə məruz qalıb.

Sanksiyalar həmçinin Rusiya Energetika Nazirliyinin yüksək vəzifəli şəxsləri, o cümlədən nazir müavinləri Roman Marşavin və Eduard Şeremetsev, habelə agentliyin əsas departamentlərinin direktorlarını əhatə edib.

Bundan əlavə, “İnqosstrax” və “AlfaStrakhovanie” sığorta şirkətləri də "qara siyahı"ya düşüblər.

Sanksiya siyahısına Rusiya neftinin ticarətində şübhəli bilinən 183 neft tankeri və bir sıra xarici şirkətlər və şəxslər daxildir.

 

C

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar