SON XƏBƏRLƏR

Hakan Fidan İranın PKK-ya dəstəyi kəsməsini istəyib

2025.01.10, 20:53
Hakan Fidan İranın PKK-ya dəstəyi kəsməsini istəyib

Gunaz.tv

Türkiyənin Xarici İşlər Naziri Hakan Fidan, İran İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds Qüvvələrinin komandanı İsmayıl Qaaninin YPG lideri Mazlum Abdi (Kobani) ilə görüşdüyü iddiaları ilə bağlı danışarkən bu sözləri deyib:

"Biz İranla mehriban qonşuluğu davam etdirmək və bu ölkə ilə hərtərəfli əlaqələri genişləndirmək istəyirik və terrorla mübarizədə də onlardan dəstək istəyirik."

"İran daxilində bəzi siyasi oyunçuların PKK haqqında fərqli düşüncələri var, biz bunu bilirik, əlaqələrimizin həssaslığına görə İranın PKK-ya yanaşmasını çox müzakirə etmirik. Biz təkcə İrandan deyil, digər ölkələrdən də Türkiyəyə düşmən olan ünsürlərə və silahlı qruplara dəstək verməməsini gözləyirik." - deyə Hakan Fidan fikirlərinə əlavə edib.

 

C

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar