SON XƏBƏRLƏR

Təbriz və Zəncanda yol qəzası olub

2025.01.11, 11:58
Təbriz və Zəncanda yol qəzası olub

İranda Güney Azərbaycanın Zəncan şəhərinin "22 Bəhmən" trasında iki avtomobilin toqquşması nəticəsində iki nəfər ölüb.

Gunaz.tv

GünazTV xəbər verir ki, məlumatı “Mashreq” yayıb. Hadisənin səbəbi araşdırılır.

Başqa bir məlumata görə, mərkəzi Təbriz şəhəri olan Şərqi Azərbaycan əyalətində Təbriz-Zəncan avtomobil şosesinin Bostanabad rayonunda bir neçə maşının toqquşması nəticəsində altı nəfər yaralanaraq hospitala yerləşdirilib.

Məlumata görə, zəncirvari qəzaya səbəb havanın dumanlı olması göstərilib.

İranda son zamanlar yol qəzalarının sayının artmasının səbəbi yolların yararsız vəziyyətdə olması və elektrik çatışmazlığı səbəbindən yolların qaranlığa qərq olmasıdır.

 

Ş.E

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar