SON XƏBƏRLƏR

Zelenski: Sülhə nail olmaq üçün təhlükəsizlik zəmanəti lazımdır

2025.01.11, 12:05
Zelenski: Sülhə nail olmaq üçün təhlükəsizlik zəmanəti lazımdır

“Avropa İttifaqı bu gün Rusiya Federasiyasının dondurulmuş bütün aktivləri ilə bağlı ciddi addımlar ata bilər. Bu mühüm addımdır. Bu, təkcə Ukraynaya kömək etməyəcək".

Gunaz.tv

GünazTV "Report"-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “RAI News 24”ə müsahibəsində deyib.

 

Zelenski Rusiyanın dondurulmuş aktivlərinin pullarını ölkənin silahlı qarşıdurmanın nəticələrindən qurtulmasına kömək etmək üçün Avropa bizneslərinin inkişafına yönəltməyi təklif edib. O, bu qərarı qarşılıqlı faydalı yanaşma adlandırıb.

“Biz münaqişənin həllini çox istəyirik. Ancaq hər hansı razılaşmadan əvvəl bunların ciddi təhlükəsizlik zəmanətləri olması çox vacibdir. “Belə ki, bunlar Ukrayna və bütün Avropa üçün təhlükəsizlik təminatları olsun”, - dövlət başçısı qeyd edib.

Prezident həmçinin bildirib ki, bu il belə zəmanətlər alacağına və silahlı münaqişəyə son qoyulacağına ümid edir.

 

 

Ş.E

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar