SON XƏBƏRLƏR

ETTELAAT ərəb fəalları casusluqda ittiham etdi

2025.01.11, 12:23
ETTELAAT ərəb fəalları casusluqda ittiham etdi

İran Kəşfiyyat və Təhlükəsizlik Nazirliyi (ETTELAAT) son günlər həbs edilən ərəb fəalları casusluqda ittiham edib.

Gunaz.tv

Bu barədə nazirliyin yaydığı bəyanatda bildirilib.

"SEPAH-ın Xusiztan əyalətindəki kəşfiyyat məmurları körfəz ölkələrindən birinin xeyrinə casusluq edən və məlumat toplayan şəxsləri müəyyənləşdirərək həbs edib",- bəyanatda iddia olunub.

Saxlanılan şəxslərin sayı və kimliyi barədə əlavə məlumat verilmədən onların ədliyyə orqanlarına təhvil verildikləri deyilib.

Son həftə ərzində ərəblərin kompakt yaşadığı Xuzistan əyalətində onlarla fəal həbs edilib, onlardan 28-nin kimliyini müəyyənləşdirmək mümkün olub.

Həbslərlə eyni vaxtda Əhvaz İnsan Haqları Mərkəzi bəyanat yayaraq, ərəblərə qarşı yeni repressiya dalğasının başladınğı barədə xəbərdarlıq edib.

Qeyd edək ki, casusluqla mübarizə insan hüquqlarının pozulması kimi qiymətləndirilməsə də, İran hökuməti bu ittihamdan siyasi opponentlərə qarşı təzyiq vasitəsi kimi istifadə edir.

Buna və  əlaqədar dövlət qurumlarının məsələnin təfərrüatı ilə bağlı açıqlama vermədiyinə görə, hökumətin narazılara qarşı casusluq iddialarının həqiqiliyi şübhə doğurur.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar