SON XƏBƏRLƏR

İran İsrail şirkətindən kopyalanan yeni kamikadze pilotsuz uçan aparatını təqdim edib

2025.01.11, 15:13
İran İsrail şirkətindən kopyalanan yeni kamikadze pilotsuz uçan aparatını təqdim edib

İranın yeni Razvan pilotsuz uçan aparatı (PUA) İsrailin "Hero" serialı PUA-sını xatırladır.

Gunaz.tv

İranın yeni PUA-sı İranın müdafiə sənayesi tərəfindən bu həftə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) keçirdiyi sərgi zamanı nümayiş etdirilib.

Quru Qoşunlarının Komandanı Kəyumərs Heydəri yeni PUA-ların ordunun dəqiqliyini, hərəkətliliyini və kəşfiyyat imkanlarını artıracağını vurğulasa da müdafiə ekspertləri hesab edirlər ki, İranın “yenilik” adlandırdığı bir çox texnikalar xarici texnologiyaların ucuz kopyasıdır.

Qeyd edək ki, İsrailin müdafiə qüvvələri uzun müddətdir ki, sistemlərinin İran kopyaları ilə mübarizə aparır. Davam edən müharibə zamanı Hizbullah İsrailin "Spike" tank əlehinə raket seriyasının kopyası olan Almas-1 tank əleyhinə raketini israilə qarşı işlətməyə çalışırdı.

 

- Cəfər Cəfərli

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar