SON XƏBƏRLƏR

İsrailin XİN başçısı britaniyalı həmkarı ilə görüşdü

2025.01.13, 11:31
İsrailin XİN başçısı britaniyalı həmkarı ilə görüşdü

İsrailin xarici işlər naziri Gideon Saar britaniyalı həmkarı Devid Lemmi ilə Qüdsdə keçirdiyi görüşdə İran, Livan, Suriya və Qəzza zolağındakı vəziyyəti müzakirə edib.

Gunaz.tv

GünazTV “Report”-a istinadən xəbər verir ki, bu barədə paylaşım İsrailin xarici işlər nazirinin “X” sosial şəbəkə səhifəsində yerləşdirilib.

"Biz Suriya, Livan və İran təhlükəsi də daxil olmaqla, geniş spektrli məsələləri müzakirə etdik. Mən İsrailin Qəzzadakı girovlarla bağlı saziş bağlamaq niyyətini vurğuladım", - paylaşımda qeyd olunur.

“İsrail regionda güc və sabitliyin dayağıdır və belə də qalacaq”, - Saar əlavə edib.

 

 

Ş.E

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar