SON XƏBƏRLƏR

Şimali Koreya hərbçiləri Kurskda ağır itki verib

2025.01.13, 15:31
Şimali Koreya hərbçiləri Kurskda ağır itki verib

Cənubi Koreya kəşfiyyatı Şimali Koreya kontingentinin Rusiyanın Kursk bölgəsində əhəmiyyətli itkilər verdiyini açıqlayıb.

Gunaz.tv

GünazTV Musavat.com-a istinadən xəbər verir ki, Cənubi Koreya kəşfiyyatının məlumatına görə, döyüşlərdə Şimali Koreyanın 300 əsgəri həlak olub, 2700 nəfər yaralanıb. Ukrayna prezidenti həlak olduğu iddia edilən hərbçilərin fotoşəkillərini dərc edib.

“Yonhap” agentliyinin məlumatına görə, dekabrda Şimali Koreyanın daha az itkisi olduğu bildirilirdi: 100 ölü və 1000-ə yaxın yaralı olduğu deyilirdi. Bununla belə, Cənubi Koreya kəşfiyyatının məlumatına görə, vəziyyət xeyli pisləşib.

Ukrayna prezidenti Volodimir Zelenski bu yaxınlarda KXDR-dən əsir düşmüş əsgərlər adlandırdığı iki nəfərin fotoşəkillərini dərc edib. Əvvəllər o, Şimali Koreyalıların Ukrayna ordusu ilə döyüşlərdə ümumi itkilərinin təxminən 4000 nəfər olduğunu iddia etmişdir.

Rusiya və Şimali Koreyadakı rəsmi mənbələr bu statistikanı şərh etmirlər.

 

 

Ş.E

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar