SON XƏBƏRLƏR

İsrail və HAMAS arasında razılaşma bu gün elan edilə bilər

2025.01.14, 13:13
İsrail və HAMAS arasında razılaşma bu gün elan edilə bilər

GünazTV "The Jerusalem Post"-a istinadən bildirir ki, son dəqiqə sürprizləri olmasa, İsrail və HAMAS arasında girovlarla bağlı razılaşma çərşənbə axşamı elan edilə bilər.

Gunaz.tv

Birləşmiş Ştatlar, Misir və Qətərin vasitəçiliyi ilə aylarla davam edən danışıqlar döyüşləri dayandıra bilməsə də, ABŞ rəhbərliyində dəyişiklik olacağı bir vaxt səylər sürətləndirilib.

"CNN"-in məlumatına əsasən, danışıqlardan xəbərdar olan şəxslər bildirib ki, saziş layihəsi İsrail və HƏMAS rəhbərləri tərəfindən nəzərdən keçirilir.

Razılaşmanın ümumi çərçivəsinə atəşkəs, HƏMAS-ın hələ də saxladığı girovların, İsrail tərəfindən saxlanılan fələstinli məhbusların azad edilməsi və Qəzza zolağında fələstinli mülki şəxslərə humanitar yardımın artırılması daxildir.

İsrail rəsmiləri girovların çoxunun sağ olduğunu hesab edir. Lakin azad olunanlar arasında ölü girovların cəsədlərinin də olacağı gözlənilir. Atəşkəsin ilkin mərhələsi 42 gün davam edəcək və 16-cı gündən sonra sazişin ikinci mərhələsinə dair yeni danışıqlar başlayacaq. Bu mərhələ münaqişəyə son qoymağı hədəfləyir. 

 

 

Ş.E

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar