SON XƏBƏRLƏR

İran israilli taciri oğurlamaq istəyib

2025.01.14, 14:53
İran israilli taciri oğurlamaq istəyib

İslam Respublikası xaricdə yaşayan israillilərə zərər vurmaq səylərini gücləndirib.

Gunaz.tv

Bu barədə İsrailin Milli Təhlükəsilik Şurası bəyanat yayıb.

"Son günlər İrana bağlı qüvvələr sosial media vasitəsilə israilli bir tacirlə əlaqəyə girərək, onu aldadıb və Dubaya çəkmək istəyiblər",- bəyanatda bildirilib.

Əlavə edilib ki, İran məmurları israilli tacirə özlərini "Əl-Ərəbiyyə" telekanalının əməkdaşları kimi qələmə veriblər.

Qeyd edək ki. bundan əvvəl İran hakimiyyətinə müxalif bir neçə şəxs oxşar üsullarla Dubaya, oradan isə oğurlanaraq İrana aparılıb.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar