SON XƏBƏRLƏR

İran rejiminin deputatları saxta "erməni soyqırımı" abidəsini ziyarət etdi

2025.01.15, 11:24
İran rejiminin deputatları saxta "erməni soyqırımı" abidəsini ziyarət etdi

Tehran Respublikası parlamentinin Ermənistanla dostluq qrupunun üzvləri, Ermənistan Milli Məclisinin bəzi deputatlarının müşayiəti ilə 14 yanvar tarixində İrəvandakı uydurma “erməni soyqırımı” abidəsini ziyarət ediblər.

Gunaz.tv

GünazTV xəbər verir ki, bununla bağlı məlumatı Musavat.com paylaşıb.

Nümayəndə heyətinin üzvləri Əbədi məşəl önünə gül dəstələri düzüb, erməni "soyqırımı qurbanları”nın xatirəsini sükutla yad ediblər. Bu addım İranın molla rejiminin hər zaman olduğu kimi, Azərbaycanın əleyhinə olan erməni yalanlarını dəstəklədiyini bir daha göstərdi.

İranın rejiminin bu davranışı Ermənistanın yalanlarına haqq qazandırmaq cəhdidir və bu antitürk mahiyyəti daşıyır. İranın Ermənistanla belə yaxınlaşması onun geosiyasi ikiüzlülüyünün bariz nümunəsidir.

Göründüyü kimi, İran rejiminini rəsmiləri xüsusilə də Azərbaycanın 44 günlük müharibədəki qələbəsindən sonra ermənilərin özündən daha çox ermənipərəstlik etməkdən, bunun üçün tarixi saxtalaşdırmaqdan, çirkin təbliğat aparmaqdan çəkinmirlər.

 

 

Ş.E

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar