SON XƏBƏRLƏR

Ürdündən Suriyaya qayıdan qaçqınların sayı artıb

2025.01.15, 11:54
Ürdündən Suriyaya qayıdan qaçqınların sayı artıb

8 dekabr inqilabı ilə Suriya tarixində yeni səhifə açıldıqdan sonra Əsəd rejimi dövründə xaricə qaçmaq məcburiyyətində qalan suriyalılar ölkələrinə geri qayıdır.

Gunaz.tv

GünazTV "YeniŞafak" qəzetinə istinadən xəbər verir ki, Ürdündən geri qayıdan Suriyalıların sayı 70 minə çatıb. Ürdün sərhədindəki "Nəsib Qapısı" sərhəd keçid məntəqəsinin direktoru mayor Əhməd Attar açıqlaması zamanı bildirib ki, “Suriyalıları ölkələrinə daxil olarkən inqilab marşları ilə qarşılayacağıq. Biz bayram əhval-ruhiyyəsi ilə qayıdanları salamlamaq istəyirik".

Suriyada 61 illik Baas dövrü bitdikdən sonra qonşu ölkələrə sığınan suriyalılar ölkələrinə qayıtmağa davam edir. Ürdün ilə Suriya arasındakı "Nəsib Qapısı" sərhəd keçid məntəqəsi geri qayıtmaq üçün istifadə edilən mühüm yollardan birinə çevrilib. “Yeni Şafak”a danışan Əhməd Attar hər gün təxminən 2500 suriyalının ölkələrinə qayıtdığını vurğulayaraq, indiyə qədər təxminən 70 min insanın Suriyaya qayıtdığını bildirib.

Əhməd Attar əlavə edib ki, bu prosses Əsəd rejiminin dağılmasından 2 gün sonra, dekabrın 10-dan başlayıb: “Xaricdən gələn qardaşlarımızı böyük hörmətlə qarşılayırıq. Biz buradan gələn ilk suriyalı qardaşlarımızı inqilabi yürüşlərlə qarşıladıq. İnşallah yaxın günlərdə inqilabi marşlarımızı səsləndirəcək bir səsgücləndirici sistemi quracağıq. Bundan sonra qardaşlarımızı hər gün inqilabi marşla qarşılayacağıq”.

 

 

Ş.E

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar