SON XƏBƏRLƏR

Zərif etiraf etdi: “Gizli şəkildə İrana sızıblar...”

2025.01.15, 12:12
Zərif etiraf etdi: “Gizli şəkildə İrana sızıblar...”

İranın vitse-prezidenti olan Məhəmməd Cavad Zərif İsrailin vaxtilə ölkənin sentrifuqa avadanlıqlarında partlayıcı yerləşdirdiyini iddia edib.

Gunaz.tv

GünazTV Teleqraf.com-a istinadən xəbər verir ki, İran rəsmisi iddia edilən hadisənin nə vaxt baş verdiyini açıqlamayıb.

“Həmkarlarımız Atom Enerjisi Təşkilatı üçün sentrifuqa platforması almışdılar və onun içərisində partlayıcı maddələrin yerləşdirildiyi aşkar edildi”, - Zərif bildirib.

Vitse-prezident İsrailin istənilən yerə rahatlıqla sıza bildiyini də vurğulayıb:

“Əgər İsrail vasitəçilərdən birinə belə rahatlıqla sızırsa, onlar hər şeyi edə və istədikləri hər şeyi yerləşdirə bilərlər ki, məhz belə də oldu”.

Xatırladaq ki, MOSSAD-ın (İsrail kəşfiyyatı) keçmiş rəhbəri Yossi Koen ölkəsinin 2021-ci ildə İranın yeraltı sentrifuqa qurğusunu (Natanzda) partlatdığını açıqlamışdı.

 

 

Ş.E

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar