SON XƏBƏRLƏR

Zelenski Polşada Tusk və Duda ilə danışıqlar aparacaq

2025.01.15, 15:06
Zelenski Polşada Tusk və Duda ilə danışıqlar aparacaq

Ukrayna Prezidenti Volodimir Zelenski Polşaya işgüzar səfərə gəlib, o, burada bir sıra görüşlər keçirəcək.

Gunaz.tv

GünazTV “Report”-a istinadən xəbər verir ki, bunu ölkə prezidentinin mətbuat katibi Sergey Nikiforov bildirib.

Onun sözlərinə görə, tezliklə Zelenskinin Polşanın baş naziri Donald Tusk, daha sonra isə Prezident Andjey Duda ilə görüşü başlayacaq.

Həmçinin Ukrayna icması ilə görüş və digər tədbirlər də gözlənilir.

Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak bildirib ki, ölkəyə hərbi yardım, Rusiyaya qarşı sanksiyalar və digər məsələlər müzakirə olunacaq.

 

 

Ş.E

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar