Amerikanın dövlət katibi Entoni Blinken Vaşinqtonda erməni həmkarı ilə strateji tərəfdaşlıq sazişinin imzalanması mərasimində bəyan edib ki, Amerika Ermənistanla təhlükəsizlik və müdafiə sahəsində, xüsusilə də ölkənin müstəqilliyi və ərazi bütövlüyü uğrunda səylərini dəstəkləmək üçün əməkdaşlıq edir.
O, imzalanmış sazişi "müdafiə, təhlükəsizlik, iqtisadi və demokratiya" əməkdaşlığında "dönüş nöqtəsi" adlandırıb və İrəvanla Vaşinqton arasında əməkdaşlığın gücləndirilməsinin hər iki ölkə, region və onun hüdudlarından kənarda faydalı olacağını bəyan edib.
Qeyd edək ki, bu müqavilə Amerika sərhədçilərinin Ermənistana yerləşdirilməsi ərəfəsində imzalanıb. Əvvəllər Rusiya qüvvələri Ermənistanın sərhədlərinin qorunmasına və sərhəd girişlərinə nəzarətə cavabdeh idi, lakin keçən il Ermənistan sərhədlərinin Rusiya ordusu tərəfindən mühafizəsi ilə bağlı müqaviləni ləğv etdi və önümüzdəki həftələrdə Ermənistana Amerika gömrük və sərhəd patrul qruplarının göndərilməsi planlaşdırılır.
İran rəsmiləri hər bəhanə ilə Azərbaycan və Türkiyəyə hücumlar etsə də, bu məsələdə susqunluq nümayiş etdirirlər.
Bəzi İranşəhri-Şuhui analitikləri açıq şəkildə deyirlər ki, İran Azərbaycan-Türkiyə ittifaqına, türk dünyasının davamlılığına, İran və Ermənistanda türk kimliyinə qarşı çıxmaq üçün Qərblə əməkdaşlıq etməlidir.
C