SON XƏBƏRLƏR

İranlıların Suriyaya girişi qadağan edilib

2025.01.17, 10:49
İranlıların Suriyaya girişi qadağan edilib

Suriya hökuməti İran və İsrail vətəndaşlarının ölkəyə girişinə qadağa qoyub.

Gunaz.tv

Budan sonra Türk Hava Yolları (THY) də bu qərara görə Suriyaya uçuşlarında bu iki ölkənin vətəndaşlarını daşımaqdan imtina edəcəyini açıqlayıb.

Bu xəbər THY-nin rəsmi saytında dərc olunub. Bundan əvvəl Türk Hava Yollarının baş direktoru Bilal əkşi şirkətin yanvarın 23-də Suriyanın paytaxtı Dəməşqə uçuşlara başlayacağını bildirmişdi.

Bir müddət əvvəl Suriyanın yeni administrasiyasının lideri Əhməd əş-Şaraa demişdi: “İranın İraq, Lübnan və Suriya daxil olmaqla təsir gücünə malik olduğu hər bir ölkədə çox geniş miqyasda məzhəblərarası gərginlik var və bu, vətəndaş müharibəsinə gətirib çıxarır. İranın Suriyadakı hərəkətləri ölkədə dərin izlər buraxdı. Bildiyiniz kimi, ölkəmizdə infrastruktur, məktəblər, xəstəxanalar, çörəkxanalar hədəfə alındı və bu Suriya xalqının ölkədən didərgin düşməsinə gətirib çıxarıb."

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar