SON XƏBƏRLƏR

Tramp İrana dəhşətli zərbə hazırlayır

2025.01.17, 10:56
Tramp İrana dəhşətli zərbə hazırlayır

Amerikanın yeni seçilmiş prezidenti Donald Tramp İrana qarşı “maksimum təzyiq strategiyası”na, o cümlədən yeni genişmiqyaslı sanksiyalar paketinə qayıtmağı düşünür.

Gunaz.tv

GünazTV Musavat.com-a istinadən xəbər verir ki, bu barədə mənbələrə istinadən Bloomberg məlumat yayıb.

Bildirilir ki, daha sərt sanksiyalar fevral ayında tətbiq oluna bilər və onların İranın neft sənayesindəki əsas oyunçulara təsir edəcəyi gözlənilir. Mənbələr bildiriblər ki, Trampın əsas müşavirləri arasında Tehrana qarşı sərt iqtisadi siyasətə qayıtmağın zəruriliyi ilə bağlı ümumi konsensus var.

Trampın komandası Venesuelaya doğru mümkün addımları da qiymətləndirir, lakin bu istiqamətdə strategiyanın təfərrüatları hələ açıqlanmayıb.

 

 

Ş.E

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar