SON XƏBƏRLƏR

Suriya Ədliyyə Nazirliyi: Xüsusi məhkəmələr qurulacaq

2025.01.17, 12:30
Suriya Ədliyyə Nazirliyi: Xüsusi məhkəmələr qurulacaq

Suriyada Baas rejiminin devrilməsi ilə Əsəd rejimindən qalan cinayətkarların aqibətinin necə olacağı bəlli oldu.

Gunaz.tv

GünazTV xəbər verir ki, "Co Hattab" YouTube kanalına müsahibə verən Suriyanın yeni hökumətinin lideri Əhməd Şəra mövzu ilə bağlı sualı bu şəkildə cavablandırdı: "Biz bağışlayacağıq. Əfv vəd etdiyimiz halda insanları saxlayıb sorğu-sual edə bilmərik, lakin bəzi cinayətlər istisnadır. Həbsxanalarda mülki vətəndaşlara işgəncə verənlər, rejimin ən zülmkar cinayətkarları bu amnistiyaya daxil deyil."

Suriya Ədliyyə Nazirliyinin yüksək rütbəli rəsmisi "Əl-Cəzirə"-nin Mübəşir kanalına müsahibəsi zamanı bildirib ki, "Keçid prosesi üçün biz ilk növbədə qanun layihələri üzərində işləyirik. Daha sonra Suriya xalqına qarşı cinayət törədənlər və digər cinayətkarlar üçün xüsusi məhkəmələr yaradacağıq. Hər şey ədalətli olacaq. Qanundan kənar addım atan hər kəs məsuliyyətə cəlb olunacaq. Yeri gəlmişkən, biz Əsəd rejimindən qalan cinayətkarların ekstradisiyasını heç bir ölkədən tələb etməmişik. Bununla belə, biz beynəlxalq qurumlara səslənirik; Biz Roma Statutunu qəbul etməyə hazırıq. Bu yolla Əsəd administrasiyasından qalan cinayətkarları xaricdə izləyə bilərik."

Suriya rəsmisi məhkəmələrin keçmişdən miras qalan hüquqi formaya əsaslanaraq qərar verəcəyini bildirib; O, əvvəlki bəzi qanunların ləğv ediləcəyini də açıqlayıb.

 

 

Ş.E

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar