SON XƏBƏRLƏR

İki şəhərdə 5 məhkum edam edildi

2025.01.17, 12:43
İki şəhərdə 5 məhkum edam edildi

İranın Xurrəmabad şəhərinin Barsilon həbsxanasında 2, Şiraz şəhərinin Adilabad həbsxanasında isə 3 məhkum edam edilib.

Gunaz.tv

Bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Məlumata görə, edam edilələrin hamısı qətldə günahlandırılıblar.

İran Məhkəmə Sistemi və rəsmi dövlət mediası edamlar barədə məlumat yaymayıb.

Qeyd edək ki, İran hökuməti 2024-cü ildə 1000-dən çox məhbusu edam edib və  bu son 30 il ərzində həyata keçirilən ən yüksək edam sayıdır.

İnsan haqları təşkilatları son 1 ildə edam edilənlərin 930-nun kimliyi müəyyənləşdirə biliblər.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar