SON XƏBƏRLƏR

Suriyanın yeni lideri İspaniya və Qətərin Xarici İşlər nazirləri ilə görüşüb

2025.01.17, 13:11
Suriyanın yeni lideri İspaniya və Qətərin Xarici İşlər nazirləri ilə görüşüb

Suriyanın yeni lideri Əhməd əl-Şara İspaniyanın xarici işlər naziri Manuel Albares və Qətərin baş naziri və xarici işlər naziri Əbdürrəhman Əl-Tanini ayrıca qəbul edib.

Gunaz.tv

Suriyada Əsəd rejiminin devrilməsindən sonra vəzifəyə başlayan yeni administrasiyaya xarici ölkələrdən rəsmi səfərlər davam edir. Suriyanın yeni lideri Əhməd əl-Şara İspaniyanın xarici işlər naziri Xose Manuel Albaresi paytaxt Dəməşqdəki Prezident sarayında qəbul edib.

 

Suriye'nin yeni lideri eş-Şara, İspanya ve Katar dışişleri bakanları ile görüştü

 

İspaniyalı nazir Albares sosial media hesabından paylaşım edərək bildirdi ki, "Mən Dəməşqdə Əhməd əl-Şara ilə görüşdüm. Yeni administrasiyaya İspaniyanın bütün suriyalılar üçün siyasi, dinc və əhatəli bir proses istədiyini çatdırdım. İspaniya Suriya xalqının gələcəyinə sadiqdir."

Suriye'nin yeni lideri eş-Şara, İspanya ve Katar dışişleri bakanları ile görüştü

 

Əl-Şara daha sonra Qətərin baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Əl-Tani ilə görüşüb.

 

 

Ş.E

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar