SON XƏBƏRLƏR

Kobaxidze: Siz elə bir lidersiniz ki, bizim üçün də nümunəsiniz

2025.01.17, 14:23
Kobaxidze: Siz elə bir lidersiniz ki, bizim üçün də nümunəsiniz

Səmimi qarşalamaya və partiyamızın seçkilərdə qələbəsi münasibətilə təbrikinizə görə təşəkkür edirəm.

Gunaz.tv

Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə mətbuat konfransında Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib.

“Cənab Prezident, Siz elə bir lidersiniz ki, bizim üçün də bir nümunəsiniz. Siz xalqınızın və dövlətinizin maraqlarını qoruyursunuz”, - deyə İrakli Kobaxidze bildirib.

İrakli Kobaxidze deyib ki, həyata keçirilən birgə layihələrin iqtisadi, siyasi və strateji əhəmiyyəti var: “Azərbaycan bizim üçün etibarlı tərəfdaş və qardaş ölkədir. Bu maraqları gücləndirmək bizim marağımızdadır. Biz bütün sahələr üzrə tərəfdaşlığımızı, əməkdaşlığımızı intensivləşdirməyə hazırıq. Azərbaycan Gürcüstanın 5 əsas tərəfdaşı sırasındadır, Hökumətlərarası Komissiyanın iclasında da bunu müzakirə etdik. Biz əməkdaşlığımızın dərinləşməsində maraqlıyıq. Bunun üçün Gürcüstan tərəfi əlindən gələni edəcək”.

İrakli Kobaxidze Azərbaycan Prezidentini Gürcüstana səfərə dəvət edib. İrakli Kobaxidze deyib ki, bu il səfərin gerçəkləşəcəyinə ümid edirlər.

 

 

Ş.E

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar