"Bir çox siyasi liderlər, bir çox siyasi partiyalar müzakirələr aparmağa başlayıbdılar və ümid edirəm ki, bu qrupların liderlərini silahlarını yerə qoymağa, hökumətin məsuliyyəti altında olan silahlı qüvvələrin bir hissəsi olmağa inandıra biləcəyik", - deyə Fuad Hüseyn bildirib.
Qeyd edək ki, Amerikada hakimiyyətə gələn Tramp administrasiyası uzun müddətdir İraqda bir sıra siyasi partiyaları və bir sıra silahlı qruplaşmaları dəstəkləyən Tehrana daha çox təzyiq göstərəcəyini vəd edir.
"Biz ümid edirik ki, Vaşinqtonla bu yaxşı münasibəti davam etdirə bilərik. Prezident Trampın İraq və ya İranla bağlı hansı siyasəti izləyəcəyi barədə danışmaq hələ tezdir”. - deyə Fuad Hüseyn sözlərinə əlavə edib.
- Cəfər Cəfərli